Pleyeri seçin:

Tbilisidə kitab təqdimatı | Azərbaycanlı müəllimlərə həsr edilmiş kitab işıq üzü gördü - Baku TV

12 sentyabr 2026 204 baxış

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Baku TV-nin Gürcüstan bürosunun əməkdaşı, Əməkdar jurnalist Nadir Almazoğlunun müəllifi olduğu “İşıqlı gələcək bəxş edən müəllimlərimiz” adlı kitabın ikinci hissəsinin təqdimat tədbiri keçirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, müxtəlif ali təhsil ocaqlarının professorları, məktəb direktorları, müəllimlər, ziyalılar və gənclər iştirak ediblər. Tədbirə müəllifin ömür yoluna həsr edilmiş sənədli filmin göstərilməsi ilə başlanılıb. Daha sonra çıxış edənlər Əməkdar jurnalist Nadir Almazoğlunun fəaliyyətindən danışaraq Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinə göstərdiyi diqqətin önəmini vurğulayıblar. Tədbir iştirakçıları kitabda onlarla müəllimin bioqrafik məlumatlarının yer almasını yüksək qiymətləndirərək bunun Gürcüstanda bir ilk olduğunu qeyd ediblər.

Gürcü ictimaiyyətinin nümayəndələri də Azərbaycan və Gürcüstan xalqları arasında əzəli dostluq münasibətlərinin olmasından danışıblar. İştirakçılar kitabın gürcü dilinə tərcümə edilməsinin önəmini vurğulayıblar.

Sonda müəllif Nadir Almazoğlu 60 illik yubileyi münasibətilə Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbərliyi tərəfindən xüsusi mükafatla təltif edilib.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 204 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 204 baxış
Seçilmişlər
icon