Pleyeri seçin:
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı Ballıca kəndinin ərazisində simvolik olaraq 44 ağac əkilib.
Ağacəkmə aksiyası həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsi, həm də Qarabağda yaşıllıq ərazilərinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına yönəlmiş tədbirlərin davamı kimi keçirilib.
Aksiyada Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Kopyalandı
#Xocalı teqi istifadə olunub
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
- Doğma yurduna qayıdan Xocalının Badara sakinləri Baku TV-yə danışdı - Baku TV
- Xocalı – faciədən dirçəlişə uzanan yolun hekayəsi: nələr yaşandı? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!
