“Xurmalar ağaclardan tökülür” | Zaqatalada fermerlər çıxılmaz durumda - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xurmaçılıq şimal-qərb bölgəsində yaşayan sakinlərin əsas məşğuliyyət sahələrindən biridir.
Zaqatala rayonunda son illər əsasən şişburun xurma sortunun yetişdirilməsinə üstünlük verilir. Artıq bir neçə gündür ki, rayonda fermerlər xurma yığımına başlayıblar.
Onların sözlərinə görə, bu il ötən illərlə müqayisədə məhsuldarlıq xeyli aşağı düşüb.
“Bağımız təxminən üç hektar ərazini əhatə edir. Bu il məhsuldarlıq aşağı düşüb. Çiçəkləmə dövründə ağaclar çiçək açsa da, məhsul yetişənədək xurmalar tökülməyə başladı. Bunun səbəbi havaların qeyri-sabit keçməsidir. Ötən il bu bağdan 6-7 min manat gəlir əldə etmişdiksə, bu il təxminən 3-4 min manat qazanacağımızı gözləyirik. Alıcıların sayı da əvvəlki illərlə müqayisədə azalıb. Bir yeşik xurmanın qiyməti 2 manat 50 qəpiklə 5 manat arasında dəyişir. Halbuki ötən il qiymətlər 6 manata qədər idi”, – fermerlərdən biri bildirib.
“Bu il məhsul zəifdir, qiymət də aşağıdır. Məhsulun çox hissəsi ağaclarda qalıb”, – digər fermer qeyd edib.
#Zaqatala teqi istifadə olunub
- “Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
