“Palçığa batıb, camaatın içində oturanda adam utanır” | Aidiyyəti qurumdan açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunun Arif İsmayılov küçəsində asfalt örtüyünün olmaması sakinlər üçün ciddi problemə çevrilib.
Onların sözlərinə görə, 15-20 il əvvəl küçədə asfalt olsa da, müxtəlif qurumların apardığı qazıntı işlərindən sonra yol yararsız vəziyyətə düşüb.
Sakinlər bildirirlər ki, xüsusilə yağışlı havalarda küçədə hərəkət etmək çətinləşir, yaranan palçıq və gölməçələr uşaqların məktəbə gedib-gəlməsinə də mane olur.
Vətəndaşlar mövcud problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Buradan məktəbə palçığın içində gedirik. Gölməçələrin üstündən hoppanaraq keçirik. Hamının yolu yaxşıdır, təkcə bizim yolumuz pisdir”, – onlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
“Yağış yağanda yol palçıq olur. Biz də insanıq, işə gedib-gəlirik, səliqəli geyinmək istəyirik. Palçığa batıb camaatın içində oturanda insan özündən utanır”.
#Səbail rayonu teqi istifadə olunub
- “Sakinlər heç cür hərəkət edə bilmirlər” | Səbail rayonunun əhalisi niyə çətin durumdadır? - Baku TV
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
