“Dedi, adam deyil, ona verməyin!” | 2 qonşunun hasar mübahisəsi | “Qolçomaqlıq edir də!” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə müraciət edən Binəqədi rayonunun Fatmayı qəsəbəsinin sakini Fuad Əliyev qonşusu ilə hasara görə mübahisə yaşadığını bildirir. O iddia edir ki, 30 ildir yaşadığı həyətin bir hissəsinə qonşusu sahib çıxmaq istəyir.
“30 ildir burada yaşayıram. Torpağım uçub qonşunun hasarını dağıtmasın deyə buraya təkərlər düzmüşəm. Qonşum dəfələrlə məni polisə şikayət edib. İndi isə 7-ci dəfədir məhkəməyə verib. İstəyir ki, təkərləri oradan götürüm. Hesab edirəm ki, məqsədi torpaq sahəmə daxil olaraq ərazisini genişləndirməkdir”, – deyə şikayətçi Fuad Əliyev bildirib.
Şikayətçinin qonşusu Musa adlı şəxs isə sözügedən iddiaları təkzib edib.
“Mənim tələbim odur ki, təkərlər oradan yığılsın. Qonşumun torpağı ilə bağlı heç bir iddiam yoxdur”, – o söyləyib.
Qeyd edək ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı hər ikisi məhkəməyə müraciət edib. İşə Binəqədi Rayon Məhkəməsində baxılır və indiyədək bir neçə məhkəmə prosesi keçirilib. Növbəti iclas noyabrın 25-nə təyin olunub. Mübahisəli məsələ ilə bağlı kimin haqlı olduğu məhkəmənin yekun qərarından sonra məlum olacaq.
#Binəqədi rayonu teqi istifadə olunub
- 23 yaşlı Gülarənin qətli barədə dəhşətə gətirən detallar - Baku TV CANLI
- 23 yaşlı Gülarə Mehdiyevanın qətli ilə bağlı yeni detallar - Baku TV
- Atatürk prospektində yanğın
- Alovun genişlənməsinə imkan verilmədi | Hadisə yerindən ən son məlumat - Baku TV
- Binəqədidə yerləşən obyektdə başlayan yanğına FHN qüvvələri cəlb olunub - Baku TV CANLI
