Pleyeri seçin:

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

06 noyabr 2026 10 baxış

Baku TV-də “Kriminal” adlı yeni veriliş yayımlanıb.

İlk buraxılışda 2026-cı il martın 3-də Ramana qəsəbəsinin “Şuşa şəhərciyi”ndə baş verən qətl hadisəsindən bəhs olunub.

Həmin gün saat 22:00 radələrində Sabunçu Rayon Prokurorluğuna 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun öldürülməsi barədə məlumat daxil olub.

Cinayəti törətməkdə şübhəli bilinən, onunla birlikdə kirayədə yaşayan 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, martın 3-də saat 21:00 radələrində Hüseyn Həsənov tanışı Zəfər Məmmədovla birlikdə kirayədə yaşadıqları evdə spirtli içki qəbul edərkən sonuncunun özünü ondan üstün tutan danışıq və davranış tərzlərini qəbul etməyib. Bundan qəzəblənən Hüseyn Həsənov özünəməxsus məişət təyinatlı bıçaqla Zəfər Məmmədovun döş qəfəsinə və bədəninin digər nahiyələrinə ümumilikdə 29 dəfə zərbə endirib. Bu hərəkəti ilə Hüseyn Həsənov zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Hüseyn Həsənov bildirib ki, 2008-ci ildə də tanışı Bayram Bayramovu qətlə yetirib və bu cinayətə görə 15 il həbs cəzası çəkib. 2023-cü ildə azadlığa çıxıb, 2026-cı ilin yanvarından isə Zəfər Məmmədovla birlikdə kirayədə yaşayıb. Hüseyn Həsənovun sözlərinə görə, aralarında vaxtaşırı mübahisələr olub. Hadisə günü Zəfər Məmmədovun onu təhqir etməsindən qəzəblənərək yatdığı yerdə ona hücum edib.

Hüseyn Həsənov 2026-cı il iyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Banner
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 10 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 10 baxış
"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

Hadisə
06 noyabr 2026 10 baxış
"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

Hadisə
06 noyabr 2026 10 baxış
Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 10 baxış
"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

Hadisə
06 noyabr 2026 10 baxış
İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

Hadisə
05 noyabr 2026 10 baxış
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 10 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 10 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 10 baxış
Seçilmişlər
icon