Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV
Sabunçu rayonu, Ramana qəsəbəsində fəaliyyət göstərən 162 nömrəli avtobus xətti sakinlər üçün ciddi çətinliklər yaradır.
Sakinlərin sözlərinə görə, səhər saatlarında avtobuslar 30–50 dəqiqə intervalla hərəkət edir. Axşam saat 20:00-dan sonra isə “Koroğlu” istiqamətində avtobus tapmaq çətinləşir.
Sərnişinlər sürücülərin onlarla kobud davrandığını da iddia edirlər.
“İki gün əvvəl bir saat avtobus gözlədim, gəlmədi. Məcbur olub 163 nömrəli avtobusla getdim. İnterval yarım saatdan artıq olur”, – sakinlərdən biri şikayətini bildirib.
Digər sakin isə şikayətlərə baxılmamasından narazılığını ifadə edib:
“İnsanları yollarda gözlədirlər. İşdən gəlirsən, evə getmək olmur. Uşaqlar məktəbə gecikirlər. Məcbur qalıb taksidən istifadə edirik. Bir söz deyəndə də bildirirlər ki, bizə heç nə deməyin, gedin, rəhbərliyə bildirin”.
#Sabunçu teqi istifadə olunub
- Ərini öldürməkdə təqsirləndirilən qadına ağır cəza verildi - Baku TV
- "Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV
- "Sabunçuya baxan yoxdur!" | Antisanitar vəziyyət | "Bizə hörmət etmirlərsə, heç olmasa..." - Baku TV
- Sabunçu sakinlərinin yol və zibil problemi
- Sakinlər sahibsiz küçə itlərindən də şikayət edir
