Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunun Aşağı Göycəli kəndində bir ailənin üç üzvü zəhərlənib.
Hadisə Mahmudovlar ailəsində baş verib. Məlumata görə, səhər saatlarında süfrə arxasında yemək yeyən ata, ana və oğlunun vəziyyəti qəfil pisləşib.
Zəhərlənən şəxslər 62 yaşlı Mirhəsən Mahmudov, 58 yaşlı həyat yoldaşı Nəsibə Mahmudova və 30 yaşlı oğulları Mirmahir Mahmudovdur. Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Ailə üzvlərinin qohumunun sözlərinə görə, ilk olaraq ata və ananın səhhətində problem yaranıb. Təxminən bir-iki saat sonra isə oğullarının da vəziyyəti pisləşib.
“Birinci düşündük ki, yəqin hansısa infeksiyadır. Sonradan məlum oldu ki, zəhərləniblər. Hazırda nədən zəhərləndiklərini bilmirik”, – deyə qohum bildirib.
Faktla bağlı araşdırma aparılır.
#Ağstafa teqi istifadə olunub
- Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
- Ağstafada müəllimlər arasında yaranan mübahisə xəsarətlə nəticələndi - 24 SAAT
- “Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV
- Ağstafada iki nəfər arasında başlayan mübahisənin dəhşətli sonu - Baku TV CANLI
- “İnanmadım ki, Sabir belə iş görə” | Ağstafada faciə | Parkdakı söz-söhbət qanla bitdi - Baku TV
