“Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV
Ağstafada məktəb müəllimləri arasında əlbəyaxa dava baş verib.
Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova iddia edir ki, həmkarı Sevinc Əhmədova ilə aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirilib.
“Sistemdə 25 şagird görünür, amma onlardan yalnız beşini tanıyırıq. Bu uşaqların araşdırılmasını tələb etdim. Daha sonra gördüm ki, Sevinc Əhmədova məni telefonla çəkir. Yaxınlaşanda aramızda mübahisə yarandı”, – deyə müəllim bildirib.
O iddia edir ki, mübahisə zamanı həmkarı onu hədələyib və telefonuna zərər vurub.
“Telefonumu başıma vurmaq istədi. Əlimlə özümü qoruyanda telefon əlimin üstündə qırıldı. Sonra telefonu direktorun qapısına vurdu”, – deyə P.Məmmədova qeyd edib.
Hadisənin şagirdlərin gözü qarşısında baş verdiyi bildirilir.
“Şagirdin gözünün qabağında müəllimi döyüblər. Uşaq travma alıb, dünəndən ağlayır”, – deyə valideyn narazılığını dilə gətirib.
#Ağstafa teqi istifadə olunub
- Ağstafada iki nəfər arasında başlayan mübahisənin dəhşətli sonu - Baku TV CANLI
- “İnanmadım ki, Sabir belə iş görə” | Ağstafada faciə | Parkdakı söz-söhbət qanla bitdi - Baku TV
- Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI
- “TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu | Ağstafada bədbəxt hadisə - Baku TV
- Dəmir yolunda bədbəxt hadisə | Vaqona çıxan 15 yaşlı yeniyetməni cərəyan vurub - Baku TV CANLI
