"Qışın günüdür, bu qədər külfəti hara töküm?" - Kürdəmirdə ev külə döndü, ailə çöldə qaldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunun Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verib.
Kənd sakini Ənvər Yunusova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan altıotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Zərərçəkənlər hadisənin təfərrüatlarını Baku TV-yə danışıblar.
Zərərçəkən Bağdagül Yunusova bildirib ki, illərlə zəhmət çəkərək tikdikləri ev və içindəki bütün əşyalar qısa müddətdə yanaraq məhv olub. Onun sözlərinə görə, ailə yanan evdən heç bir əşyanı çıxara bilməyib:
“40 ildir bazarda işləyirdim. Qəpik-qəpik pul yığıb bu evi tikdirmişdim. 30 ildə əldə etdiyim 30 dəqiqənin içində getdi. Qışın günüdür, bu qədər külfəti haraya aparım?! İmkan daxilində bizə kömək etsinlər”.
Digər zərərçəkən Rühanə Yunusova isə qeyd edib:
“Nə qədər çalışdıq, heç nə edə bilmədik. Yoldaşımın xəstəliklə bağlı sənədləri, uşaqlarımın sənədləri, qızım üçün aldığım cehizlər, qızıllarımız yanıb kül oldu. Özümüzə bir cüt paltar belə çıxara bilmədik. Artıq dərəcədə xahiş edirəm ki, bizə kömək etsinlər. Qayınatam, azyaşlı uşaqlarım da xəstədir”.
#Kürdəmir teqi istifadə olunub
- “Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
