Pleyeri seçin:

Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

22 sentyabr 2026 32 baxış

“Arzunun vaxtı” verilişinin budəfəki qonağı valideyn himayəsindən məhrum olmuş 22 yaşlı Nəsibə Kərimova olub.

O, uşaqlıq illərində yaşadığı acı taleyindən, anasızlığın gətirdiyi mənəvi yaralardan və həyatla təkbaşına mübarizəsindən bəhs edib.

Nəsibə anası tərəfindən istənmədiyini, körpə ikən xəstəxanada tərk edildiyini bildirib:

“Anamın 17 yaşı olanda mən dünyaya gəlmişəm. Lakin anam bətnində olduğumu öyrənəndən övlad istəmədiyini deyib. Məni dünyaya gələn gecənin səhəri xəstəxanada atıb gedib. İki gün orada həkimlərin yanında qalmışam. Atam başqa rayonda bizneslə məşğul idi, xəbəri olan kimi gəlib məni xəstəxanadan götürərək Azərbaycana – nənəmin yanına gətirib”.

O, uzun illər anasını ölmüş bildiyini qeyd edib:

“Mənə 13 yaşıma qədər nənəm baxıb. 7 yaşıma qədər bibimi öz anam bilmişəm. Səkkiz yaşımda sənəddə anamın adını gördüm. Nənəm o zaman dedi ki, anan rusdur və səni dünyaya gətirərkən rəhmətə gedib. Yalnız 13 yaşımda nənəmi xərçəng xəstəliyindən itirəndən sonra öyrəndim ki, əslində, anam sağdır və ailə həyatı qurub”.

Nəsibə illər sonra anası ilə qarşılaşmasından və bibisinin ona ödəniş qarşılığında baxmasından söz açıb:

“Nənəm rəhmətə gedəndən sonra atam məni yanına apardı, lakin məktəbə görə yenidən Azərbaycana qayıtdım. Göyçayda bibim mənə baxırdı, amma atamdan pul qarşılığında. Sonradan Rusiyada anamla görüşdüm. Mən böyük bir qucaqlaşma gözləyirdim, amma sanki bir buz parçasını qucaqladım. Gördüm ki, onun başqa bir oğlu var. Mənim xəyalını qurduğum hər şeyi – otağı, idman imkanlarını, vermədiyi sevgini öz oğluna verib”.

Kopyalandı
Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi

Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 32 baxış
Seçilmişlər
icon