Pleyeri seçin:

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

21 sentyabr 2026 273 baxış

Bir müddət əvvəl fermerlərdən birinin südün alış qiymətinin həddən artıq aşağı olmasına etiraz olaraq məhsulu küçəyə tökməsi bölgələrdə kənd təsərrüfatı məhsullarının topdan satış qiymətləri ilə bağlı problemi yenidən gündəmə gətirib.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, problemin əsas səbəblərindən biri Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının əksəriyyətinin kiçik və ailə təsərrüfatlarından ibarət olmasıdır:

“Əksər istehsalçılarımız ailə, mikro və kiçik təsərrüfatlardır. Onların dəyər zəncirinin bütün halqalarında iştirak etmək və öz məhsullarını son istehlakçıya çatdırmaq imkanları məhduddur”.

Ekspert hesab edir ki, kooperativlərin və iri aqrar təsərrüfatların kifayət qədər inkişaf etməməsi də fermerlərin bazardakı mövqeyini zəiflədir:

“Azərbaycanda, təəssüf ki, kooperativlər formalaşmayıb, aqrar korporasiyalar yoxdur. Halbuki bunlar resursları birləşdirərək məhsulu istehsaldan istehlakçıya çatdırmaqla dəyər zəncirinin müxtəlif mərhələlərində yaranan mənfəətdən faydalana bilərlər”.

Rəşad Həsənovun sözlərinə görə, bəzi hallarda azsaylı alıcıların bazardakı mövqeyi qiymətlərin fermerin əleyhinə formalaşmasına səbəb olur:

“Bəzi hallarda monopol mövqedə olan şirkətlər, məsələn, emal müəssisələri, alıcı kimi mövqelərindən istifadə edirlər. Belə olduqda qiymət diktəsi başlayır”.

Ekspert bildirir ki, məhsulun tarladan və ya təsərrüfatdan istehlakçıya çatmasına qədər nəqliyyat, logistika, vasitəçilərin mənfəəti, itkilər və pərakəndə ticarət xərcləri qiymətin əhəmiyyətli dərəcədə artmasına səbəb olur:

“Bu vasitələr nə qədər çox olacaqsa, təbii ki, qiymətlərin daha yüksək olmasını şərtləndirir”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 273 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 273 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 273 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 273 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 273 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 273 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 273 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 273 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 273 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 273 baxış
Seçilmişlər
icon