Bir ildir şəhərin mərkəzinə atılan atanın ürəkdağlayan hekayəsi - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında Gəncə şəhərində küçədə qalan Zaur Namazovun acınacaqlı həyatından bəhs edilib.
O, üzləşdiyi çətinliklərdən, xəstəliyindən və övladlarının ondan imtina etməsindən söz açıb:
“Üç övladım – bir oğlum, iki qızım var. Ailəlidirlər. Ağstafa rayonunda kirayədə yaşayıb işləyirdim. Orada əsəbdən insult keçirdim, bir qolum və ayağım işləmir. Sağaldıqdan sonra öz evimə getdim, amma oğlum qapıdan qovdu, keçmiş həyat yoldaşım isə polisi çağırdı. Vaxtında fəhləlik edib onlara baxmışam, pul qazanmışam. İndi xəstə olduğum üçün heç kim yanımda durmur. Övladlarıma etdiklərim haram olsun”.
Zaur Namazov həmçinin yanvar ayından bəri küçədə yaşadığını və Gəncə sakinlərinin ona dayaq olduğunu bildirib:
“Soyuqda yorğana bürünüb yatmışam. Sağ olsun Gəncə camaatı, yeməyimi, çayımı gətirib verirlər. Yaxınlıqdakı bina evinin 5-ci mərtəbəsində bacım yaşayır, oradan baxır, amma bir tikə çörək gətirmir. Mən sığınacağa yox, xəstəxanaya gedib müalicə olunmaq, ayağa qalxmaq istəyirəm”.
#Arzunun vaxtı teqi istifadə olunub
- "Övladımı həbsxanada dünyaya gətirdim" | "Həbsdən çıxandan sonra ərimdən ayrıldım" - ARZUNUN VAXTI
- “Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI
- Pakistanlı bəy 19 yaşlı azərbaycanlı qızın ürəyini necə fəth etdi? - ARZUNUN VAXTI
- "25 il həbsdə qalmaq olar?!" | Musiqiçi niyə dəniz kənarında daxmada yaşayır? - ARZUNUN VAXTI
- Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur
