Pleyeri seçin:

Jurnalistlər innovasiya şəhərciyində həyata keçirilən layihələrlə tanış olublar - Baku TV

15 sentyabr 2026 211 baxış

Sentyabrın 15-də "SABAH.city" innovasiya şəhərciyinə mediatur təşkil olunub.

Mediatur çərçivəsində jurnalistlər innovasiya şəhərciyi, burada yaradılan imkanlar və həyata keçirilən layihələrlə yaxından tanış olublar.

"SABAH.city"də tədris və tədqiqat sahələri, startaplar üçün “kovorkinq” məkanları, texnologiya şirkətləri üçün ofislər, 200 nəfərlik tədbir zalı, restoran və “kofeşop”lar, həmçinin idman və istirahət zonaları yaradılıb. Birinci mərhələdə 3 ali təhsil müəssisəsi, 8 texnologiya və innovasiyayönümlü şirkət və 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı şəhərciyə cəlb edilib.

Mediaturda həmçinin ASAN Süni İntellekt Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, mərkəzin əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. Layihənin əsas məqsədi universitet-sənaye əməkdaşlığını gücləndirmək, yüksəkixtisaslı insan kapitalının inkişafına dəstək olmaq, tətbiqi tədqiqatları və texnologiya transferini təşviq etmək, startap və texnologiya şirkətləri üçün əlverişli mühit yaratmaqdır.

Banner
Paytaxtda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil edilib - Baku TV

Paytaxtda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil edilib - Baku TV

Cəmiyyət
08 noyabr 2026 211 baxış
Qələbə sevinci ölkənin dörd bir yanında qeyd olunur

Qələbə sevinci ölkənin dörd bir yanında qeyd olunur

Cəmiyyət
08 noyabr 2026 211 baxış
İllərin həsrətinə son qoyan möhtəşəm Zəfər Günü | Əməkdaşımız Zəfər parkında - Baku TV

İllərin həsrətinə son qoyan möhtəşəm Zəfər Günü | Əməkdaşımız Zəfər parkında - Baku TV

Cəmiyyət
08 noyabr 2026 211 baxış
“Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV

“Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV

Cəmiyyət
08 noyabr 2026 211 baxış
“Hər kəs buraya axın edir” | Zəfər parkından canlı bağlantı - Baku TV

“Hər kəs buraya axın edir” | Zəfər parkından canlı bağlantı - Baku TV

Cəmiyyət
08 noyabr 2026 211 baxış
Pəhriz adı ilə qida saxtakarlığı? | Yağı azdır, bəs şəkəri? - Etiketdə gözdən qaçan detallar

Pəhriz adı ilə qida saxtakarlığı? | Yağı azdır, bəs şəkəri? - Etiketdə gözdən qaçan detallar

Cəmiyyət
08 noyabr 2026 211 baxış
Ordumuzun tarix yazdığı gün | Azərbaycanda Zəfər coşqusu - Baku TV CANLI

Ordumuzun tarix yazdığı gün | Azərbaycanda Zəfər coşqusu - Baku TV CANLI

Cəmiyyət
08 noyabr 2026 211 baxış
8 Noyabr Zəfər Günüdür - Baku TV

8 Noyabr Zəfər Günüdür - Baku TV

Cəmiyyət
08 noyabr 2026 211 baxış
“Evin tək oğlu idi..."  | 23 yaşında adını Zəfər tarixinə həkk edən qəhrəman - Baku TV

“Evin tək oğlu idi..." | 23 yaşında adını Zəfər tarixinə həkk edən qəhrəman - Baku TV

Cəmiyyət
08 noyabr 2026 211 baxış
Qələbə sevinci ölkənin dörd bir yanında | Azərbaycan Zəfər Gününü qeyd edir - Baku TV

Qələbə sevinci ölkənin dörd bir yanında | Azərbaycan Zəfər Gününü qeyd edir - Baku TV

Cəmiyyət
08 noyabr 2026 211 baxış
Seçilmişlər
icon