“Evin tək oğlu idi..." | 23 yaşında adını Zəfər tarixinə həkk edən qəhrəman - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasında öz payını verdi.
Söhbət gənc yaşında əbədiyyətə qovuşaraq bir elin qürur mənbəyinə çevrilən Oğuz sakini Elşən Əhmədlidən gedir.
Şəhidin anası Şərafət Çələbiyeva bildirib ki, oğlu ilə sonuncu dəfə noyabrın 4-də danışıb.
“Soruşdum ki, ay Elşən, bu müharibə nə vaxt qurtaracaq? Dedi ki, az qalıb. Noyabrın 8-də Zəfər qazandıq, amma Elşəndən xəbər çıxmadı.
Elşənin anası olduğum üçün fəxr edirəm, qürur duyuram. Qəhrəman böyütdüyümdən xəbərim olmayıb. Onun döyüş yolu Füzulidən başlayıb. Noyabrın 8-də Şuşa-Xankəndi əməliyyatı zamanı şəhid olub.
Üç övladım var, ikisi qızdır. Elşən isə ailənin sonbeşiyi idi. Nə qədər ağır olsa da, işğal altında olan Qarabağ torpaqları azad edildi. Bu, əsgərlərimizin, Elşən kimi oğullarımızın sayəsində mümkün oldu”, – şəhid anası deyib.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- “Sizin bəyanatınız bütün dünyaya göstərdi ki...” | Şuşadan dünyaya vacib mesajlar - Baku TV
- Şəhidlərin əmanəti, xalqın qüruru, dövlətin gücü
- Azərbaycanın qələbəsi Cənubi Qafqazda nələri dəyişdi? | Zəfərin 6-cı ildönümü - Baku TV
- “Xalqdan gələn dəstək mənə güc verirdi” | Şəhidlərin qanı ilə yazılan tarix - Baku TV
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
