284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində kanalizasiya xəttində yaranan problem sakinlər üçün ciddi çətinlik yaradıb.
Kanalizasiya sularının daşması nəticəsində ərazidə antisanitar vəziyyət yaranıb, çirkab suları yaxınlıqdakı fərdi yaşayış evlərinə doğru axır.
Sakinlərin sözlərinə görə, problem artıq bir aydan çoxdur davam edir. Suyun səviyyəsinin qalxmasının qarşısını almaq üçün onlar ərazidə özləri arx yaradaraq çirkab sularının axması üçün şərait yaradıblar.
Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem tam həll olunmayıb.
Sakinlər ərazidə kəskin qoxunun yayıldığını, yaranmış antisanitar vəziyyətin isə xüsusilə uşaqlar üçün narahatlıq yaratdığını deyirlər.
#Biləcəri teqi istifadə olunub
- Biləcəri sakinin torpaq sahəsini kimlər bataqlığa çevirib? - Baku TV
- Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir
- “Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV
- Biləcəri qəsəbəsinin sakinləri narahatlıq keçirir
- "Arxasında qaz borusu var" | Sakin qurumuş ağacların yaratdığı təhlükədən danışdı - Baku TV
