Pleyeri seçin:

Balaca rəssamın böyük hədəfləri | 8 yaşlı Rzanın rəngli dünyasında nələr var? - Baku TV

10 noyabr 2026 56 baxış

Cəmi 8 yaşı var, amma artıq özünəməxsus yaradıcılıq dünyası və böyük hədəfləri ilə seçilir.

Rza Zeynal İncəsənət Gimnaziyasının ikinci sinfində rəssamlıq üzrə təhsil alır. O, hələ 4 yaşından rəsm çəkməyə başlayıb. İllər keçdikcə bu maraq onun həyatının ayrılmaz hissəsinə çevrilib.

Rza daha çox təbiət mənzərələrini çəkməyi sevir. Gəzintilər zamanı gördüyü körpüləri, çayları, dağları və ağacları yaddaşında saxlayaraq sonradan kağız üzərinə köçürür. Rənglərə xüsusi marağı olan balaca rəssamın sevimliləri arasında yaşıl, göy, qara, ağ və tünd göy rənglər var.

Onun ən böyük arzusu tanınmış rəssam olmaq və Amerikada öz sərgisini açmaqdır. Rza artıq beynəlxalq sərgidə iştirak edib. İtaliyada keçirilən sərgidə nümayiş olunan əsərinə görə sertifikat da qazanıb.

Rzanın müəllimi Nəsibə Əsgərovanın sözlərinə görə, onun rəssamlıq qabiliyyəti ilk tanışlıqdan özünü göstərib.

İlk dərsdə ona hazır mövzu təqdim edilməyib, əksinə, sərbəst şəkildə öz düşüncələrini təsvir etmək təklif olunub. Rza isə hər dəfə təbiət mənzərələrinə müraciət edib. Məhz bu rəsmlər vasitəsilə müəllimi onun daxili dünyasını və yaradıcılıq istiqamətini kəşf edib.

İndi balaca rəssamın əsas məqsədi əsərlərini daha geniş auditoriyaya təqdim etmək, beynəlxalq sərgilərdə iştirakını davam etdirmək və yaradıcılığını dünyaya tanıtmaqdır. 

Kopyalandı
Banner
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 56 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 56 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 56 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 56 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 56 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 56 baxış
Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV

Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 56 baxış
“Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV

“Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 56 baxış
44 günlük Vətən müharibəsinin son günündə atəşə tutulan şəhər: Tərtər - Baku TV

44 günlük Vətən müharibəsinin son günündə atəşə tutulan şəhər: Tərtər - Baku TV

Cəmiyyət
10 noyabr 2026 56 baxış
Xınalığa üz tutan turistlərin diqqətinə | Hərəkət məhdudlaşdı - 24 SAAT

Xınalığa üz tutan turistlərin diqqətinə | Hərəkət məhdudlaşdı - 24 SAAT

Cəmiyyət
09 noyabr 2026 56 baxış
Seçilmişlər
icon