Pleyeri seçin:

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

10 noyabr 2026 67 baxış

5 min manat ödəyərək avtomobil alan Qazax sakini Süleyman Bayramov dələduzluqla üzləşdiyini iddia edir.

Belə ki, o, Gəncə avtomobil bazarından Muraz İsayev adlı şəxsdən etibarnamə əsasında aldığı avtomobildən artıq 8 aydan çoxdur istifadə edə bilmir. Səbəb isə avtomobilə verilmiş etibarnamənin cəmi 15 gün sonra ləğv edilməsidir.

Onun iddiasına görə, avtomobilin texniki pasportda qeyd olunan sahibi Əsəd Fərəcəliyevdir. Muraz İsayevin isə həmin şəxsə borcu olub. Tərəflər arasındakı borc mübahisəsi nəticəsində etibarnaməyə xitam verilib.

“Mənim pulumu verməsə, etibarnamə verməyəcəyəm” dedi. 8 aydır gözləyirəm ki, bir-birlərinə olan borclarını həll etsinlər. Amma problem aradan qalxmadı”, – deyə Süleyman Bayramov söyləyib.

Şikayətçinin sözlərinə görə, bir müddət sonra polis şöbəsindən ona zəng edilərək avtomobilin oğurlanması ilə bağlı müraciət daxil olduğu və maşının mühafizə olunan duracağa yerləşdirilməsinin tələb edildiyi bildirilib. S.Bayramov isə avtomobili pul ödəyərək aldığını sübut etmək üçün əlindəki video və səs yazılarını polisə təqdim etdiyini deyir.

O, məsələ ilə bağlı Muraz İsayevin hərbi qulluqçu olduğunu əsas gətirərək Sumqayıt Hərbi Prokurorluğuna da şikayət edib. Lakin müraciətinə cavab olaraq mübahisənin mülki xarakter daşıdığı və həlli üçün məhkəməyə müraciət edilməli olduğu bildirilib.

Kopyalandı
Banner
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 67 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 67 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 67 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 67 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 67 baxış
Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV

Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 67 baxış
“Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV

“Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 67 baxış
Balaca rəssamın böyük hədəfləri | 8 yaşlı Rzanın rəngli dünyasında nələr var? - Baku TV

Balaca rəssamın böyük hədəfləri | 8 yaşlı Rzanın rəngli dünyasında nələr var? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 67 baxış
44 günlük Vətən müharibəsinin son günündə atəşə tutulan şəhər: Tərtər - Baku TV

44 günlük Vətən müharibəsinin son günündə atəşə tutulan şəhər: Tərtər - Baku TV

Cəmiyyət
10 noyabr 2026 67 baxış
Xınalığa üz tutan turistlərin diqqətinə | Hərəkət məhdudlaşdı - 24 SAAT

Xınalığa üz tutan turistlərin diqqətinə | Hərəkət məhdudlaşdı - 24 SAAT

Cəmiyyət
09 noyabr 2026 67 baxış
Seçilmişlər
icon