"Camaat şir saxlayır, sən də ki..." | Antkeeper danışdı - "Evdə belə şey etmək düz deyil" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində onlar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar.
Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir?
“Camaat şir saxlayır, sən də qarışqa saxlayırsan? İlk dəfə bu videolardan birini görəndə mənim də beynimdə belə bir sual yarandı: niyə insan qarışqa saxlasın ki? Əvvəlcə videoya əhəmiyyət vermədim. Amma sonradan müxtəlif şəxslərin bu barədə paylaşımları bir neçə dəfə qarşıma çıxdı. Bundan sonra düşündüm ki, niyə də olmasın? Beləliklə, bu hobbiyə marağım yarandı.
İlk ana qarışqamı tapdım və onun üçün uyğun şərait yaratdım. Əsas məqsədimiz ana qarışqanın sıfırdan koloniya qurması prosesini müşahidə etməkdir. Onun qidalanmasını, yumurtaların çıxmasını, koloniya daxili mübarizəni, müxtəlif qidalara reaksiyasını, hansı qidaları bəyənib-bəyənmədiyini izləyirik. Torpağın altında baş verən və qarışqaların bizdən gizli saxladığı bütün bu prosesləri xüsusi şəraitdə öz gözlərimizlə müşahidə edə bilirik”, – deyə qarışqa saxlayan bildirib.
