"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."
“Arzunun vaxtı” verilişinin budəfəki qonaqları Vilayət Bəbişov və Xəyalə Bəbişova cütlüyü olub.
Onlar tanışlıq hekayələrindən, bir-birlərinə olan böyük sevgilərindən və birlikdə dəf etdikləri çətinliklərdən bəhs ediblər.
Xəyalə xanım 217 kiloqramdan 175 kiloqrama qədər arıqladığını, uşaqlıqdan artıq çəki ilə mübarizə apardığını və bu prosesin psixoloji çətinliklərindən danışıb. O, əvvəllər saç ustası işlədiyini, öz qazancının olduğunu bildirərək keçmiş günlərini belə xatırlayıb:
“16 il saç ustası işləmişəm, gəlin bəzəmişəm. Əvvəl pula pul demirdim, evlənəndən sonra isə həyatımda hər şey dəyişdi, xəyallarımı yaşaya bilmədim. Amma Vilayətin sevgisinə görə qaldım”.
Vilayət bəy isə görmə məhdudiyyətli olmasına baxmayaraq, xanımına hər zaman dəstək olduğunu və ev işlərində, bazarlıqda ona kömək etdiyini vurğulayıb.
Verilişdə sosial şəbəkələrdə yazılan mənfi rəylərdən də söz açılıb.
“Yazırlar ki, yaxşı ki, kişinin gözü görmür, yoxsa səni atıb gedərdi. Halbuki Vilayət evlənəndə məni görüb alıb. Biz 20 ildir birlikdəyik. Gözləri tutulsa da, mən ona möhtacam. Biz bir-birimiz üçün yaranmışıq”, – Xəyalə xanım bildirib.
