Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax rayonunda modul tipli evdə yaşayan Nicat Babayev Baku TV-nin qaynar xəttinə müraciət edib.
O bildirib ki, bir il müddətinə aldığı sosial yardımın verilməsi dayandırılıb. Üçüncü qrup əlilliyi olan 34 yaşlı Nicat Babayev heç yerdə işləmədiyini və maddi vəziyyətinin ağır olduğunu deyərək kömək istəyib.
“2025-ci ildə bir il müddətinə sosial yardım alırdım. Yardımın müddəti 2026-cı ildə başa çatdı. Həmin il iyunun 16-da yenidən müraciət etdim. Təxminən 15-16 gün sonra imtina ilə bağlı mesaj gəldi. Nazirliyin əməkdaşı mənə bildirdi ki, 600 manat məbləğində ödəniş etməliyəm. Mən də dedim ki, buna imkanım yoxdur. Bildirdilər ki, həmin ödənişi etməsəm, sistemdə olan yeni müraciətimə də dərhal imtina veriləcək.
Üçüncü qrup əlilliyi olan şəxsəm, ağır iş görə bilmirəm. Maddi imkanım yoxdur, ağır şəraitdə yaşayıram. Uşaqlarım məktəbə gedir, onların ehtiyaclarını qarşılaya bilmirəm”, – deyə şikayətçi bildirib.
#Yevlax teqi istifadə olunub
- Yevlaxda təhlükəli anlar | Güclü külək və yağış ağır fəsadlara səbəb oldu - Baku TV
- Güclü yağış və külək Yevlaxda ağır fəsadlara yol açdı - Baku TV CANLI
- "Çox qorxulu vəziyyətdədir" | Yevlaxda qədim körpü qəzalı vəziyyətdə - Baku TV
- Yevlax sakinləri qədim körpünün vəziyyətindən şikayətləndi - Baku TV CANLI
- "Təzə almışdım, hər şey yanıb" - Yevlaxda dəhşətli yanğın | "Çağırdım ki, ay qonşular..." - Baku TV
