Sakinlər nə edəcəyini bilmir | Badamdarda yol 4 aydır bağlıdır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində 20-ci yaşayış massivinə aparan Cavidan İbrahimli küçəsi dörd aydır nəqliyyatın hərəkəti üçün bağlıdır.
Yol bu ilin mart ayında ərazidə sürüşmə riskinin olduğu əsas gətirilərək beton maneələrlə bağlanıb. Lakin aylardır ərazidə hər hansı təmir və ya bərpa işləri aparılmır.
Bildirək ki, yolun bağlı olması 20-ci yaşayış massivinə gedib-gələn sakinlərin hərəkətini çətinləşdirir. Xüsusilə avtobus sərnişinləri yolun qarşısında düşərək məsafəni piyada getməli olurlar.
Qeyd edək ki, Baku TV iyul ayında da ərazidəki vəziyyəti işıqlandırmışdı. Həmin vaxt aidiyyəti qurumlardan bildirilmişdi ki, ərazidə araşdırma aparılacaq, işçi qrupu yaradılacaq və layihələndirmə işlərindən sonra müvafiq tədbirlər görüləcək. Lakin sakinlərin sözlərinə görə, o vaxtdan ötən müddətdə də problemin həlli istiqamətində iş görülməyib.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
