“İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında əlilliyi olan 32 yaşlı Elvin Əliyev həyat hekayəsindən və xəstəliyinin yaratdığı çətinliklərdən danışıb.
Uşaqlıqda atasını itirən Elvin ana tərəfdən irsi olan miopatiya xəstəliyindən əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, 18 yaşında keçirdiyi velosiped qəzasından sonra vəziyyəti daha da ağırlaşıb.
“Əvvəllər belə deyildim. Taksi sürücüsü idim, ailəmi dolandırırdım. İndi ayaqlarımda qıcolmalar olur, qollarım zəifləyir. Onurğamdakı əyrilik daxili orqanlarıma da zərər verir. Vaxtlı-vaxtında müalicəmi etdirə bilmirəm”, – deyə o qeyd edib.
Maddi çətinliklər yaşadığını deyən Elvin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyini və sosial şəbəkələrdə edilən yardımlar hesabına dolandığını söyləyib. O, yaxın qohumlarının vəziyyətindən xəbərdar olmasına baxmayaraq, ona dəstək göstərməməsindən də gileylənib.
“Əmilərim, bibim burada yaşayır, mən isə onların evlərinin yanında kirayədə qalıram. Vəziyyətimdən xəbərləri var, amma qapımı açan yoxdur. Xəstə kimin nəyinə lazımdır?!”, – deyə Elvin bildirib.
O, ilk ailəsinin dağılmasından və qızından ayrı qalmağın çətinliyindən də danışıb. İkinci dəfə ailə həyatı quran Elvinin hazırda ən böyük arzularından biri yenidən ata olmaqdır.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
- 243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."
- “Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI
- Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI
- "Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."
