Pleyeri seçin:

“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

17 oktyabr 2026 28 baxış

Vüsal Babayev Vətənin müdafiəsini özünə müqəddəs borc bilən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə başlayan Vətən müharibəsində də ön cəbhədə yer almışdı.

Şəhidin həyat yoldaşı Aynur Babayeva onun ailəsinə bağlılığından və Vətən sevgisindən danışıb.

“Bizim uşaqlığımız Vüsalla bir yerdə keçib. Mən ailənin tək qızı olmuşam. Vüsala demişdim ki, ailə qursaq, sən mənə həm ata, həm ana, həm qardaş, həm də sirdaş olacaqsan. Ailə quranda Vüsalın Vətənə olan sevgisinin şahidi olmuşdum. O, Vətənini və əsgərlərini çox sevirdi. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda Vüsal cəbhəyə yollandı. Mənə zəng edəndə ondan nə baş verdiyini soruşdum. Həmin vaxt müharibənin başladığını və getməli olduğunu bildirdi. Ona “səndən başqa heç kimim yoxdur” deyəndə Vüsal mənə “səni xalqıma, Vətənimə, Prezidentimə əmanət edib gedirəm” cavabını verdi”, – deyə o bildirib.

Baş leytenant Vüsal Babayev Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun döyüş yolu müxtəlif orden və medallarla qiymətləndirilib. “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən uğrunda” medalları qəhrəman zabitin Vətən qarşısındakı xidmətlərinin nişanələridir. 

Banner

#Şəhid Vüsal Babayev teqi istifadə olunub

Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
Maaşlarla bağlı gözlənilən dəyişiklik | Paytaxt sakinləri nə düşünür? - Baku TV CANLI

Maaşlarla bağlı gözlənilən dəyişiklik | Paytaxt sakinləri nə düşünür? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 28 baxış
Seçilmişlər
icon