Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub - Baku TV
Azərbaycanda həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən tədbir keçirilib.
Tədbirdə həmkarlar ittifaqlarının yaranma və inkişaf tarixindən bəhs edən film nümayiş etdirilib. Bir sıra ölkələrin həmkarlar ittifaqlarının təbrikləri səsləndirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək 121 il əvvəl konka fəhlələri tərəfindən əsası qoyulan Azərbaycan həmkarlar ittifaqlarının ötən dövr ərzindəki fəaliyyətindən və əmək hüquqlarının müdafiəsindəki rolundan danışıb.
Qeyd olunub ki, Konfederasiyanın fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə son illərdə ardıcıl islahatlar aparılır. Normativ-hüquqi baza yenilənib, idarəetmə və təşkilati struktur müasir tələblərə uyğun təkmilləşdirilib. Həmkarlar ittifaqlarının üzvlərinə hüquqi yardımın təşkili üçün yeni mexanizmlər tətbiq olunur, rəqəmsallaşma genişləndirilir və sosial layihələr həyata keçirilir.
Sahib Məmmədov Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasından irəli gələn vəzifələrdən də danışıb. O, yaşıl iqtisadiyyata keçid və rəqəmsallaşmanın məşğulluğa təsirləri fonunda üzvlərin yeni bacarıqlara yiyələnməsi istiqamətində Konfederasiya tərəfindən səlahiyyətlər çərçivəsində görülən işlər barədə məlumat verib.
Tədbir bədii hissə ilə davam edib.
#Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası teqi istifadə olunub
- AHİK Novruz münasibətilə uşaqlar üçün tədbirlər keçirdi - Baku TV
- Vitse-spikerdən həmkarlar ittifaqlarına çağırış
- Həmkarlar İttifaqı yollayışları hansı meyarlarla seçir?
- Evdən çıxmadan “putyovka” ala biləcəksiniz | AHİK-dən vacib müraciət
- Həmkarlar ittifaqına üzvlük haqqında bilməli olduğumuz məlumatlar
