Bərdəyə ilk raket hücumunun törədilməsindən altı il keçir - Baku TV
“Ermənistan 44 günlük müharibə dövründə beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini pozan ağır müharibə cinayətləri törədib. Gəncə, Bərdə və digər şəhərlərimiz atəşə tutulub. Bu cinayətlər bütün dünyanın gözü qarşısında baş verib”.
Bunu Baku TV-yə açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan müharibə və müharibədən sonrakı dövrdə törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və ədalətin təmin olunması üçün dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib:
“Təəssüf ki, həmin dövrdə beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələlərə lazımi diqqəti göstərmirdilər. Amma əsas odur ki, biz torpaqlarımızı işğaldan azad etdik və hədəfimizə çatdıq”.
Deputat qeyd edib ki, Ermənistan müharibəni uduzduğunu anlayaraq Azərbaycanın şəhərlərini və mülki obyektlərini hədəfə almaqla Bakını cavab zərbələrinə sövq etməyə çalışıb:
“Azərbaycan Ordusu yalnız müharibə qaydalarına uyğun hərəkət etdi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində əməliyyatlar apardı və yalnız hərbi hədəfləri neytrallaşdırdı. Ermənistanın bu təxribatı baş tutmadı və onun şəhərlərə, mülki obyektlərə və dinc sakinlərə qarşı əməllərini bütün dünya gördü”.
#Tural Gəncəliyev teqi istifadə olunub
- Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV
- Ermənistanla yekun sülhün imzalanmamasının səbəbi | Millət vəkilindən açıqlama
- Tural Gəncəliyev Ermənistanda revanşist qüvvələri gücləndirən məqamlardan danışdı
- Azərbaycana qarşı müharibələr davam edir | Millət vəkili KİV-ə haker hücumundan danışdı
- Onların necə istismar edildiyini gördük | Deputat Bakıda aparılan müzakirələrdən danışdı
