Pleyeri seçin:

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22 iyul 2023 513 baxış

148 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu.

Jurnalistikamızın bayraqdarına çevrilən “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuat tarixində yeni era başladı. Sonrakı illərdə nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

Bu mətbuat orqanının əsas hədəfi xalqı maarifləndirmək, cəhalətə, haqsızlığa qarşı mübarizə aparmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. 148 yaşlı mətbuatın 70 ili kommunist diktaturası dövrü ilə bağlıdır. Həmin vaxt mövcud problemləri daha çox sətiraltı mənada yazan Azərbaycan mətbuatı, SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın əsarətində idi desək, yanılmarıq.

1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da ümummilli lider imzalayıb.

1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazandı. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri əsl fədakarlıq göstərərək həm ön xətdə vuruşdular, həm də canları bahasına olsa belə reportajları ilə dünyaya haqq səsimizi çatdırdılar.

"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

Cəmiyyət
08 avqust 2026 513 baxış
Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Cəmiyyət
08 avqust 2026 513 baxış
Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Cəmiyyət
08 avqust 2026 513 baxış
Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Cəmiyyət
08 avqust 2026 513 baxış
"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

Cəmiyyət
08 avqust 2026 513 baxış
Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Cəmiyyət
08 avqust 2026 513 baxış
"Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV

"Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV

Cəmiyyət
08 avqust 2026 513 baxış
Hormonal pozuntuların əsas əlamətləri | Endokrin xəstəliklərin risk faktorları hansılardır?

Hormonal pozuntuların əsas əlamətləri | Endokrin xəstəliklərin risk faktorları hansılardır?

Cəmiyyət
08 avqust 2026 513 baxış
Azərbaycanda iş imkanı artır | İş axtaranlar üçün böyük şans - Baku TV

Azərbaycanda iş imkanı artır | İş axtaranlar üçün böyük şans - Baku TV

Cəmiyyət
08 avqust 2026 513 baxış
Evlərdə istilik sistemi ilə bağlı təmir-bərpa işləri aparanlara vacib xəbərdarlıq - Baku TV

Evlərdə istilik sistemi ilə bağlı təmir-bərpa işləri aparanlara vacib xəbərdarlıq - Baku TV

Cəmiyyət
07 avqust 2026 513 baxış
Seçilmişlər
icon