3 nəfərin öldüyü mina partlayışının təfərrüatı
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisində aprelin 28-də insan itkisi ilə nəticələnən mina partlayışının bəzi məqamları üzə çıxıb.
Hadisə qoşunların əvvəlki təmas xəttində baş verib. “RPS Energy Ltd.” şirkətinin əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb.
Avtomobil şahmat üsulu ilə basdırılmış minalardan birinin üstündən keçərkən partlayış baş verib. Partlayan sursatın “TM62 PM” markalı tank əleyhinə mina olduğu ehtimal edilir.
Hadisə nəticəsində həyatını itirən şəxslər “RPS Energy Ltd.” şirkətinin əməkdaşları – 42 yaşlı Səxavət Gözəlov, 41 yaşlı Nadir Yusifov və 27 yaşlı Fərid Sədiyevdir. Faktla bağlı cinayət işi başlanılıb.
#Tərtər teqi istifadə olunub
- "İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə
- Qəbiristanlıqda baş verənlər sakinlərin narazılığına səbəb oldu - Baku TV CANLI
- Qəbiristanlıqdan dəhşətə gətirən görüntülər | "Qəbirlərlə nə işiniz var sizin?!" - Baku TV
- Tərtərdə 48 yaşlı kişi arı sancması nəticəsində dünyasını dəyişdi - Baku TV
- Qardaşların sonunu gətirən faciəvi qəza | Goranboy sakini hər şeyi danışdı - Baku TV
