34 milyon manatlıq tibbi avadanlıq alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sayəsində vətəndaşlar keyfiyyətli tibbi xidmətlərlə təmin olunurlar”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün vətəndaşlarımız bahalı tibbi əməliyyatlardan ödənişsiz istifadə edirlər:
“Bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması istiqamətində müvafiq addımlar atırıq. Xaricdə təhsil almış 66 tibb işçisi dövlət xəstəxanalarında yerləşdirilib. Onlardan 42-si cərrahi, 24 terapevtik sahə üzrə ixtisaslaşıblar”.
O bildirib ki, ötən il 34 milyon manatlıq tibbi avadanlıq alınaraq dövlət tibb müəssisələrinə təqdim olunub.
#İcbari tibbi sığorta teqi istifadə olunub
- Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir - Baku TV
- “Dedi ki, mən 20 manatlıq həkim deyiləm” | Yeniyetmədən əməliyyat üçün pul tələb edilib? - Baku TV
- Anadangəlmə eşitmə qabiliyyəti olmayan körpələrlə bağlı şad xəbər
- Əməkhaqqıdan tutulma barədə hamını maraqlandıran məsələyə aydınlıq gətirildi - Baku TV
- Gəlirini gizlədənlər İcbari Tibbi Sığortadan necə istifadə edəcək?
