Pleyeri seçin:
40 ildir biz bu gündəyik | Kürdəmir sakinləri yağış sularının içində yaşamağa məcbur qaldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Güclü yağış Kürdəmirdə fəsadlara yol açıb. Şəhərin əsasən Bakı prospekti, Məhəmmədhüseyn Şəhriyar, Əfqan Abdullayev və Məhəmməd Hadi küçələri keçilməz olub.
Sakinlər uzun müddətdir davam edən kanalizasiya problemi ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, məsələyə baxan olmayıb.
“Şəkər xəstəsiyəm, 73 yaşım var. Həkimə getmək istəyirəm, amma evdən çıxa bilmirəm, ölməliyəm?! 40 ildir bu vəziyyətdə yaşayırıq. Heç kim problemi həll etmir”, − sakinlərdən biri söyləyib.
Kürdəmir Kommunal Müəssisələr Kombinatının rəisi Rövşən Rzayev bildirib ki, rayonun bütün texnikaları problemin aradan qaldırılması üçün cəlb olunub:
“Yağışlı hava davam etməsə, günün sonunadək suların çəkilməsi həll olunacaq”.
Kopyalandı
#Kanalizasiya problemi teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- "Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV
- Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?
- "Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
