47 dəfə icra hakimiyyətinə getmişik, amma başçı gizlənir | Gəncə sakinlərinin acınacaqlı vəziyyəti
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhəri, Məhsəti qəsəbəsi, şəhid Müşfiq Adıgözəlov adına küçə hər dəfə yağan yağışdan sonra acınacaqlı vəziyyətə düşür.
İntensiv yağışlar zamanı sözügedən küçədə 10-a yaxın ev suyun içində qalır.
Küçədə yaranan gölməçə keçilməz olduğundan sakinlər yolu hər iki tərəfdən kəndirlə bağlayırlar.
“Evlərimiz suyun içindədir. Hamı evini satışa çıxarıb. İstəyirlər ki, suyun əlindən çıxıb getsinlər. Uşaqlarımız məktəbə gedə bilmirlər. Taksi də gəlmir bura. Nə girə bilirik, nə də çıxa bilirik, zülmün içində qalmışıq”, – deyə Gəncə sakini narazılığını dilə gətirib.
İllərdir həllini tapmayan problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda içməli və çirkab su sistemlərinin yenidən qurulmasını hədəfləyən layihə həyata keçirilir.
Layihənin Məhsəti qəsəbəsində də icrasından sonra mövcud problem həllini tapacaq.
#Gəncə şəhəri teqi istifadə olunub
- "SOCAR Petroleum"un Gəncədəki obyektində 43 nəfərin iştirakı ilə təlim keçirilib - Baku TV
- Gəncədəki bu tikililər sakinləri niyə təngə gətirib? - Baku TV CANLI
- Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV
- Gəncədə yeni marşrut xətləri sakinlərin narazılığına səbəb oldu - Baku TV
- Ermənilər onları hədəfə alıb | Rubinyandan Gəncəyə hücumla bağlı açıqlama
