Pleyeri seçin:

5 dəqiqənizi alacaq 5 məşq | Düzgün duruşun insana faydaları

29 yanvar 2025 478 baxış

Rusiyalı ortoped-travmatoloq Vitali Skakun masa arxasında oturarkən sağlam duruşu saxlamağın yollarından bəhs edib.

“Düzgün duruş oynaqlarda və əzələlərdə stresi azaldır, qan dövranını yaxşılaşdırır və xroniki ağrıların qarşısını alır” deyən həkimin sözlərinə görə, gün ərzində 5 məşqi etmək cəmi 5 dəqiqə vaxtınızı alacaq.

Birincisi boyunun uzadılmasıdır. Düz oturun, çiyinlərinizi aşağı salın, başınızı sağa əyərək qulağınızla çiyninizə toxunmağa çalışın, amma çiyninizi qaldırmamaq şərtilə. 10 saniyə belə qalın və sonra digər istiqamətdə təkrarlayın.

İkinci məşq onurğanın burulmasıdır. Ayaqlarınızı yerə qoyaraq stulda oturun, əllərinizi stulun arxasına qoyaraq bədəninizin yuxarı hissəsini sağa bükün, bu vəziyyətdə 10-15 saniyə saxlayın, sonra sola təkrarlayın.

Üçüncü çiyinlərin dairəvi hərəkətləridir. Çiyinlərinizi qulaqlarınıza doğru qaldırın, sonra onları geri və aşağı yuvarlayın. Çiyinlərinizlə 10 dəfə irəli-geri yavaş dairəvi hərəkətlər edin. Dördüncüsü, əllərinizi dizlərinizin üstünə qoyun, nəfəs alarkən kürəyinizi bükün, sinənizi qaldırın və çiyinlərinizi geri çəkin, çənənizi sinənizə sıxın.

Beşinci məşq yan əzələlərin dartınmasıdır. Sağ qolunuzu başınızın üstünə qaldırın və sola əyilərək bədəninizin yan tərəfində bir uzanma hiss edin, mövqeyi 10-15 saniyə saxlayın, sonra tərəfləri dəyişdirin.

Duruşu qorumaq üçün başqa bir yaxşı vərdiş fasilə verməkdir. Hər 30-40 dəqiqədən bir ayağa qalxın və uzanın. Əgər bel və oynaq ağrıları xroniki hal alırsa və ya idman rahatlıq vermirsə, mütəxəssisə müraciət etmək vacibdir.

Banner
Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Cəmiyyət
23 oktyabr 2026 478 baxış
Seçilmişlər
icon