Pleyeri seçin:

Fiziki aktivlik yuxusuzluqdan sonra beynin fəaliyyətini gücləndirir

10 sentyabr 2026

"Kəskin yuxusuzluqdan sonra edilən fiziki məşqlər yuxu çatışmazlığının beyinə göstərdiyi mənfi təsirləri, xüsusən də yaddaş və diqqət pozuntusunu azaltmağa kömək edir".

Bunu rusiyalı həkim, tibb elmləri doktoru İnessa Yakimoviç deyib.

"Fiziki aktivlik tam yuxunu əvəz edə bilməz, lakin kifayət qədər yatmaq mümkün olmadıqda koqnitiv fəsadları qismən aradan qaldırmaq üçün praktik bir vasitə rolunu oynaya bilər. Buna görə də əgər gecə yaxşı yata bilməmisinizsə, qısamüddətli idman hərəkətləri günü normal keçirməyinizə kömək edəcək. Lakin bu, mütəmadi olaraq yuxudan imtina etmək üçün əsas deyil uzunmüddətli sağlamlıq və orqanizmin bərpası məqsədilə tam keyfiyyətli istirahət mütləqdir", deyə həkim bildirib.

Yakimoviç əvvəllər kanadalı alimlər tərəfindən aparılmış tədqiqatın nəticələrini də şərh edib. Həmin eksperiment zamanı sübut olunub ki, kəskin yuxusuzluq hallarında koqnitiv funksiyaların xüsusi bir istiqamətini epizodik yaddaşı qorumaq üçün 20 dəqiqəlik məşq 90 dəqiqəlik yuxu qədər effektiv nəticə verə bilər.

Həkimin sözlərinə görə, eksperimentdə həm yuxu, həm də idman hərəkətləri orqanizmə baş vermiş yuxusuzluqdan sonra göstərilən müvəqqəti kömək kimi qiymətləndirilir.

"Əgər yatmaq şansınız varsa, ən yaxşı seçim məhz yuxudur. Yuxu beynin bərpa olunmasına şərait yaradır, məsələn, yatan qrupda yorğunluq əlamətləri nəzərəçarpacaq dərəcədə azalmışdı. Fiziki yük isə fərqli mexanizmlə təsir edir; o, yorğunluq hissini aradan qaldırmasa da, informasiyanı qəbul etdiyi anda beynin onu daha effektiv emal etməsinə dəstək olur. Başqa sözlə, məşq itirilmiş yuxunun yerini doldurmur, sadəcə olaraq, yuxusuzluq şəraitində daha yaxşı fəaliyyət göstərmək üçün müvəqqəti təkan verir", deyə mütəxəssis vurğulayıb.

İturidə Ebola və ərzaq böhranı minlərlə insanı risk altında qoyur

İturidə Ebola və ərzaq böhranı minlərlə insanı risk altında qoyur

Dünya
10 sentyabr 2026
Pentaqon kütləvi istehsala uyğun silahlara üstünlük verməyə başlayır

Pentaqon kütləvi istehsala uyğun silahlara üstünlük verməyə başlayır

Dünya
10 sentyabr 2026
Telefonla yemək yemək orqanizmin toxluq siqnallarını poza bilər

Telefonla yemək yemək orqanizmin toxluq siqnallarını poza bilər

Dünya
10 sentyabr 2026
İdxalın sürətlənməsi Fransanın xarici ticarət balansını zəiflədib

İdxalın sürətlənməsi Fransanın xarici ticarət balansını zəiflədib

Dünya
10 sentyabr 2026
Hörmüzdə ələ keçirilən ABŞ dronu ilə bağlı yeni detallar açıqlanıb

Hörmüzdə ələ keçirilən ABŞ dronu ilə bağlı yeni detallar açıqlanıb

Dünya
10 sentyabr 2026
Ər-Riyadın mümkün cavabı regionda qarşıdurmanı daha da dərinləşdirə bilər

Ər-Riyadın mümkün cavabı regionda qarşıdurmanı daha da dərinləşdirə bilər

Dünya
10 sentyabr 2026
Aİ-nin yeni büdcə planı Almaniyada narazılıq yaradıb

Aİ-nin yeni büdcə planı Almaniyada narazılıq yaradıb

Dünya
10 sentyabr 2026
Alimlər quraq torpaqların sahəsinin əsrin sonuna qədər genişlənəcəyini bildirirlər

Alimlər quraq torpaqların sahəsinin əsrin sonuna qədər genişlənəcəyini bildirirlər

Dünya
10 sentyabr 2026
Karbonla zəngin yeni dünyalar kainat haqqında təsəvvürləri dəyişə bilər

Karbonla zəngin yeni dünyalar kainat haqqında təsəvvürləri dəyişə bilər

Dünya
10 sentyabr 2026
İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı - Baku TV

İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı - Baku TV

Dünya
10 sentyabr 2026
Seçilmişlər
icon