Pleyeri seçin:

56° istidə insanları Həccə aparan nədir? | Yazıçı ziyarətdən sonra nələri dərk etdi? - AMİN

01 iyul 2026 404 baxış

“Amin” verilişinin yeni buraxılışında yazıçı, jurnalist Mirmehdi Ağaoğlu bir müddət əvvəl işıq üzü görən “Həcc gündəliyi” kitabı və Həcc ziyarəti ilə bağlı təəssüratlarını bölüşüb.

O, 56 dərəcəlik rekord istidə insanların bu ağır ibadətə yönəlməsinə səbəb olan daxili hissiyyatdan, ritualların simvolik mənalarından və müasir dünyanın yaşadığı mənəvi böhranlardan bəhs edib.

Ziyarətin tamamilə simvolik ayinlərdən ibarət olduğunu və insanın daxili tərbiyəsinə xidmət etdiyini bildirən yazıçı vurğulayıb ki, şeytanın orada fiziki olaraq mövcud olmadığını bilə-bilə daş atırıq:

“Biz o ayinləri orada simvolik şəkildə həyata keçiririk. O bizə günahdan uzaq durmağı öyrədir. Yəni günah və ya şeytan sənə yaxınlaşanda ona daş atmalısan. Orada pislik sənə yaxınlaşanda ona müqavimət göstərməyi öyrənirik”.

Dünyadakı xeyir və şər qarşıdurmasından, dəyərlərin deformasiyasından danışılarkən xüsusilə İkinci Dünya müharibəsindən sonra formalaşan postmodernizm fəlsəfəsinə və insanların yaşadığı mənəvi sarsıntılara da toxunulub. Yazıçı qeyd edib ki, bu cərəyan vahid həqiqətin sarsılması nəticəsində ortaya çıxıb:

“Hətta o dövrdə Auşvitz düşərgəsində qalan yəhudilərdən biri divara yazıb ki, “ay Allah, səndən şikayət edəcəyəm”. Dindarlığı ilə seçilən bir xalqın nümayəndəsinin belə bir söz deməsi insanların keçirdiyi şokun dərinliyini göstərir. O dövrdə bəşəriyyət böyük bir sarsıntı içində idi və “Bəs bu müharibələr niyə olur?”, “Aclıqdan uşaqlar Auşvitzdə niyə ölürlər?” sualları ətrafında düşünürdü. Bu hadisələr insanların “Allah varmı?” sualını daha kəskin şəkildə gündəmə gətirdi və onları sarsıtdı”.

Banner
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 404 baxış
Seçilmişlər
icon