Pleyeri seçin:

8 nömrəli məktəbdə monitorinq imtahanında nə baş verib? | Təhsil idarəsindən açıqlama

18 may 2025 726 baxış

Mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq imtahanı təşkil edilib.

Bakıda 8 nömrəli tam orta məktəbdə keçirilən monitorinq imtahanının təşkili isə valideynlərin narazılığına səbəb olub.

Bu barədə Baku TV-nin qaynar xəttinə məktəblilərin valideynləri müraciət ediblər.

Belə ki, valideynlərin iddialarına görə, şagirdlər saat 09:00-da imtahana girsələr də, imtahan vərəqələri onlara 3-4 saat sonra paylanılıb.

Valideynlər həmçinin iddia ediblər ki, imtahan başlayandan 150 dəqiqə sonra bitməli olsa da, şagirdlər 4-5 saat məktəbdən buraxılmayıb. Məktəbin qarşısında gözləyən valideynlər isə bu haldan narahat olaraq övladlarının buraxılmasını tələb ediblər. Valideynlərin tələbindən sonra uşaqlar göz yaşları içində məktəb binasından çıxıblar.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb.

“Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub. Monitorinq şəffaf şəkildə keçirilib və heç bir əlavə ajiotaj yaranmayıb”, – deyə qurumdan bildirilib.

Kopyalandı
Banner

#Monitorinq imtahanı teqi istifadə olunub

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 726 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 726 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 726 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 726 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 726 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 726 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 726 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 726 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 726 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 726 baxış
Seçilmişlər
icon