Acı qidalar arıqladır, yoxsa...? - Kökəlməmək istəyənlərə qızıl dəyərində məsləhət
Yeməklərə acı bibər əlavə etmək daha yavaş yeməyə və nəticədə daha az kalori qəbul etməyə kömək edə bilər.
Bu qənaətə Pensilvaniya Universitetinin alimləri gəliblər. Laboratoriya şəraitində keçirilən bir sıra eksperimentlər zamanı iştirakçılara məşhur yeməklərin acılı və acısız versiyaları təklif olunub. Acı bibər yemək qəbulunun sürətini və ümumi kalori miqdarını azaldıb.
Belə ki, iştirakçılar acı yeməyi orta hesabla 11-18 faiz daha yavaş yeyərək toxluq və ya dad zövqü hissində dəyişikliklər olmadan 46-64 qram az qida qəbul ediblər.
Tədqiqat göstərib ki, ədviyyatlar yemək zamanı davranışa təsir edir. Yəni insanlar bir dəqiqədə daha az dişləyir və daha şüurlu yeyirlər.
Müəlliflər vurğulayırlar ki, burada yeməkdən zövq almağın azalmasından deyil, ədviyyatlar vasitəsilə aktivləşdirilə bilən təbii özünütənzimləmə mexanizmindən söhbət gedir.
Alimlərin sözlərinə görə, orta səviyyədə acılıq porsiya nəzarəti və həddindən artıq yeməyin qarşısının alınması üçün sadə bir vasitə ola bilər – xüsusilə də sürətli istehlak mədəniyyətində.
#Arıqlama teqi istifadə olunub
- Arıqlama zamanı protein qəbulu ilə bağlı əsas məqamı mütəxəssis açıqlayıb
- Yaşıl çayın düzgün istifadəsi çəkiyə nəzarətə dəstək ola bilər
- Tərləmə zamanı azalan çəki əsasən maye itkisi ilə bağlı ola bilər
- Sürətli arıqlama vəd edən çaylar nə qədər effektlidir?
- "Arıqladır" deyib satırdılar, AQTA hərəkətə keçdi - Baku TV CANLI
