“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV
Sumqayıt şəhərinin “Yaşıl dərə” yaşayış massivində yol və küçə işıqlandırması ilə bağlı problemlər sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, uzun müddətdir təmir olunmayan yollar xüsusilə yağışlı havalarda keçilməz vəziyyətə düşür. Küçələrdə yaranan palçıq və gölməçələr həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirir.
“20 ildir burada yaşayıram. Hər dəfə yolu öz vəsaitimiz hesabına düzəldirik. Yağış yağanda təxminən bir ay buradan keçmək mümkün olmur. Maşınlar xarab olur”, – deyə sakinlərdən biri qeyd edib.
Onlar problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin nəticə əldə olunmadığını deyirlər.
Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsindən bildirilib ki, “Yaşıl dərə” yaşayış massivində Səttar Bəhlulzadə küçəsinin təmiri və asfaltlanmasının növbəti illər üzrə tədbirlər planına salınması nəzərdə tutulur.
Qeyd edilib ki, yolun texniki vəziyyəti, ərazidə yaşayan sakinlərin ehtiyacları və mövcud imkanlar nəzərə alınaraq müvafiq tədbirlərin həyata keçirilməsi qiymətləndiriləcək.
Qurumdan həmçinin bildirilib ki, yol təmir edilərkən yeni işıq dirəklərinin quraşdırılması və məhəllənin infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər görüləcək.
#Sumqayıt teqi istifadə olunub
- Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI
- FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV
- Sumqayıtda baş verən dəhşətli hadisə barədə təcili məlumat - Baku TV CANLI
- "Özü yandırıb, sonra qaçıb gedib" | Sumqayıtda kişi valideyninin evinə od vurdu? - Baku TV
- “Zəhmətkeş ata idi” | Qonşu qandonduran hadisədən daha nələr danışdı? - Baku TV
