Pleyeri seçin:

“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

16 sentyabr 2026 260 baxış

Suraxanı rayonunun Əmircan qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, bəzi küçələrdə asfalt örtüyü təxminən 6 il əvvəl qazılıb. Bildirilir ki, həmin ərazilər yenidən asfaltlanmadığından xüsusilə yağışlı havalarda hərəkət çətinləşir, sakinlərin avtomobilləri zədələnir.

“Bu məhəllənin yolları illərdir belədir. Yolu piyada gedə bilmirəm, neçə dəfə yıxılmışam”, – deyə sakinlərdən biri qeyd edib.

Məhəllədə yerləşən mini futbol meydançasının vəziyyəti də sakinləri narahat edir. Onlar bildirirlər ki, meydança baxımsız vəziyyətdədir və ərazidə zibil və siqaret tullantıları var. Sakinlərin sözlərinə görə, bu vəziyyət uşaqların meydançadan rahat istifadə etməsinə imkan vermir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmaya ehtiyacı olan küçələrin təmiri ilə bağlı vətəndaşların müraciətləri əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktub ünvanlanıb.

İcra hakimiyyətindən həmçinin qeyd edilib ki, Əmircan qəsəbəsindəki mini futbol meydançası 2011-2013-cü illərdə Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən inşa edilib.

Bakı Abadlıq Xidmətindən isə bildirilib ki, sözügedən ərazi onların fəaliyyət çərçivəsinə daxil olmasa da, ərazinin təmizlənməsinə bir neçə dəfə dəstək göstərilib.

Banner
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 260 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 260 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 260 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 260 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 260 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 260 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 260 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 260 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 260 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 260 baxış
Seçilmişlər
icon