Pleyeri seçin:
Ağdərədə 2 şəhidin meyitinin qalıqları aşkarlandı | Detallar açıqlandı
Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb.
Qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.
Qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb.
Skelet fraqmentləri ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
