Ağır yorğan bədənə necə təsir edir? | Bu inanc təsdiqləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Çin alimləri təsdiqləyiblər ki, ağır yorğanın altında yatmaq narahatlıq səviyyəsini azaldar, diqqət çatışmazlığı, hiperaktivlik və autizm spektri pozğunluğu olan insanların vəziyyətini sabitləşdirər.
Araşdırmanın nəticələri “PubMed Central” jurnalında dərc olunub. Çəkili yorğanlar polipropilen toplar, qarabaşaq qabığı, düyü və ya şüşə mikroqranullarla doldurulur. Belə məhsulların çəkisi adətən iki ilə 15 kiloqram arasındadır.
Çəkili yorğanların bütün bədənə istilik və təzyiq təmin edərək stres, yuxusuzluq, gecə krampları və sinir tikləri ilə mübarizə apardığına inanılır.
Tədqiqatçılar bu təsirin stresi azaltmağa və rahatlamağa kömək edən dərin təzyiq mexanizmi ilə əlaqəli olduğunu təsdiqləyiblər.
Mütəxəssislər hesab edirlər ki, ağır yorğanlar ənənəvi dərman vasitələrinə, xüsusən də klinik praktikaya perspektivli alternativ ola bilər. Bununla belə, qəti nəticələr çıxarmaq üçün genişmiqyaslı nəzarət edilən sınaqlar da daxil olmaqla əlavə tədqiqatlara ehtiyac var.
