"Ailə qurmaq məqsədilə yaradılan ittifaq..." | Azərbaycanda bunlar erkən evlilik sayılacaq - Baku TV
Azərbaycanda “erkən evlilik” anlayışına dəyişiklik edilib.
Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq erkən evlilik sayılacaq.
Bəs yeni dəyişikliyin mahiyyəti nədən ibarətdir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Kamila Əliyeva bu haqda açıqlama verib.
“Qanuna əsasən, 18 yaşa çatmamış uşağın nikahının rəsmi olaraq qeydə alınmasına qadağa qoyulub. Bu əsasda artıq “erkən nikah” sözləri də öz qüvvəsini itirib və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 sentyabr 2026-cı il tarixli Qərarı ilə həmin bu maarifləndirmə qaydasında bir sıra dəyişikliklər edilib. Qaydanın həm adında, həm də mətnində “erkən nikah” sözləri “erkən evlilik” sözləri ilə əvəz edilib.
“Erkən evlilik” anlayışının mənası isə uşaqla nikah bağlanmadan ailə qurmaq məqsədilə yaradılan ittifaq kimi qeyd olunub. Uşaqla nikah bağlanmadan ailə qurmaq məqsədilə yaradılan ittifaq nikah yaşına çatmayan şəxsin başqa bir şəxslə rəsmi nikah olmadan toy edərək bir evdə ailə kimi yaşaması, uşaq dünyaya gətirməsini nəzərdə tutur. Qanuna əsasən, belə hal erkən evlilik kimi qiymətləndirilir”, – deyə o bildirib.
2024-cü ildə qəbul edilən Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsində 16 yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə cəza tədbirlərinin görülməsi ilə bağlı dəyişiklik edilib. Bu Qanun 2025-ci ilin iyulun 1-dən qüvvəyə minib.
Beləliklə, artıq 18 yaşı tamam olmayan şəxslə vətəndaş nikahına girmək qadağan olunur. Yəni nikah rəsmiləşdirilməsə belə, yetkinlik yaşına çatmayan şəxslə ailə qurmağa yönələn münasibətlər də hüquqi məsuliyyət yaradacaq.
#Əli Əsədov teqi istifadə olunub
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
- Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI
- Əhalinin siyahıyaalınması ilə bağlı hansı yeniliklər ediləcək? - Baku TV
- Əli Əsədov və Peter Pelleqrini arasında hansı məsələlər müzakirə olundu? - Baku TV
