"Mən o dibə düşməmişəm, çox şükür" | Müğənni finalda saçını niyə kəsmişdi? - QAPQARA
Yeniliklərdən dərhal xəbərdar olun
“Qapqara” verilişinin yeni buraxılışının qonağı müğənni və aktyor Nadir Rüstəmli olub.
Sənətçi uğursuzluq anlayışına münasibətini bölüşərək indiyədək həyatında ciddi çətinliklərlə üzləşmədiyini, əldə etdiyi imkanlara görə Allaha şükür etdiyini bildirib:
“Uğursuzluq mənim üçün nəyisə etmək istəyib əldə edə bilməməkdir. Amma mən o dibə düşməmişəm, çox şükür. Çünki görmüşəm ki, insanlar necə diblərə düşür və oradan yavaş-yavaş qalxırlar. Mən o vəziyyəti yaşamamışam. Biznesdə müəyyən uğursuzluqlarım olub. İlk biznesim mənə insanları düzgün seçməyi, kimə güvənəcəyimi öyrətdi. İkinci biznesimdə isə başa düşdüm ki, bir işin uğurlu olması üçün onun üzərində dayanmaq, kifayət qədər bilik və təcrübəyə sahib olmaq lazımdır. Üçüncü biznesi də düşünürəm. Mənim üçün bunlar həyatın bir hissəsidir”.
Nadir Rüstəmli ifaçı ilə sənətkar arasındakı fərqdən danışaraq özünə sənətkar demədiyini, bu adın insanlar tərəfindən verilməli olduğunu qeyd edib. O, musiqi bazarında istedadla yanaşı, düzgün marketinqin və sosial şəbəkələrdən istifadənin də mühüm rol oynadığını vurğulayıb:
“Mən özümə sənətkar yox, sənətçi deyirəm. Mənə sənətkar deyənlər var, qoy elə axıra qədər də onlar desinlər. Düşünürəm ki, sənətçini sənətkar edən xalqdır, insanlardır. O qədər müğənnilər, aktyorlar var ki, özlərinə sənətkar deyirlər. Amma mən özümə bunu demirəm. İstedadlı insanların üzə çıxması üçün sosial şəbəkələri düzgün idarə etməsi çox vacibdir. Bu gün gözəl səsə sahib olan bir müğənninin tanınması bəzən düzgün marketinq hesabına tanınan insandan daha çətin olur”.
#Qapqara teqi istifadə olunub
- "Mən səhnəni sevirəm, teatrın binasını yox" | Ziya Ağadan teatr sisteminə açıq tənqid - QAPQARA
- "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" | Sənətçinin şah əsərinə çatmağını istəməzdim
- "Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"
- "Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA
- "Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı
