Ailə üzvlərini qətlə yetirən Əhməd 9 aydan sonra azadlığa çıxacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ailəsinin 5 üzvünü öldürməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədovla bağlı müzakirələr səngimir.
Psixoterapevt Elmir Əkbər deyir ki, Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə etdiyi sübut olunsa, 9 aylıq məcburi müalicədən sonra sərbəst buraxıla bilər.
Psixiatr Orxan Fərəcli isə həmkarı ilə razılaşmır. Hesab edir ki, ağır cinayəti törətmiş şəxsin bir neçə aydan sonra azadlığa buraxılması mümkünsüzdür.
Hüquqşünas da deyir ki, əgər şəxsin qətli anlaqsız vəziyyətdə törətdiyi sübut olunarsa, o, sağalandan sonra sərbəst buraxılır:
“Yəni şəxs cinayət törədərkən anlaqsız vəziyyətdə olubsa, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəlilik dərəcəsini dərk etməyibsə, o, sonradan müalicə nəticəsində sağalsa da, cinayət məsuliyyətinə cəlb edilə bilməz”.
Qeyd edək ki, Əhməd Əhmədovun uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkdiyi, həmçinin buna görə müalicə aldığı iddia edilir.
#Əhməd Əhmədov teqi istifadə olunub
- Ailəsini amansızlıqla qətlə yetirən Əhmədlə bağlı yeni xəbərlər yayılıb - Baku TV
- Ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun cinayət işində yeni detallar
- Əhmədin müalicəsi başa çatarsa, yenidən həbs edilə bilər? | Detallar açıqlandı
- Əhməd Əhmədovla bağlı qərar qəbul edildi | Baş Prokurorluqdan təcili açıqlama
- Ailəsinin 5 üzvünü qətlə yetirən Əhmədə hansı hökm oxundu?
