Pleyeri seçin:

Ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun cinayət işində yeni detallar

10 sentyabr 2025 439 baxış

5 ailə üzvünü qəddarlıqla qətlə yetirən Əhməd Əhmədovun cinayət işi üzrə icraata xitam verilib.

2024-cü il fevralın 13-də Bakıda baş verən ailəvi qətl hadisəsinin təfərrüatları məlum olub.

Məhkəmə iclasında Əhməd Əhmədov ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Bildirilir ki, o, əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi çalışıb. Ailə üzvləri ilə münasibəti yaxşı olmayıb.

İstintaq sənədlərinə görə, Əhməd bu cinayətləri psixi pozuntu fonunda və hallüsinasiyalar təsiri altında törədib. O, əvvəlcə atası Mehman Əhmədovu mətbəxdə 57 bıçaq zərbəsi ilə qətlə yetirib. Ardınca avtomobillə Suraxanı rayonuna yollanaraq bacısı Elmira Əhmədovanın yaşadığı mənzilə daxil olub. Heç nə söyləmədən ona zərbələr endirib. Bıçaq sındığından mətbəxə keçib və oradan götürdüyü başqa kəcisi alətlə ümumilikdə 22 zərbə ilə onu öldürüb. Daha sonra isə bacısının ağlayan 3 yaşlı qızı Ülviyyə Niftəliyevaya 2 dəfə sinəsindən zərbə endirərək həyatına son qoyub.

Əhməd daha sonra əvvəlki ünvana – Xətai rayonuna geri dönüb. Marketdə siqaret almaq istəyərkən əlinin qanlı olduğunu görən satıcı ona siqaret satmaqdan imtina edib. Bu zaman anasını və 9 yaşlı qardaşını binaya daxil olarkən görüb. Xırdavat mağazasından 20 manata balta alaraq onların arxasınca gedib və anasına qardaşının gözü önündə 14 balta zərbəsi vurub. Ardınca isə azyaşlı qardaşı Məhəmmədə 8 dəfə zərbə endirərək onun da həyatına son qoyub.

İstintaq zamanı Əhməd Əhmədov bildirib ki, daxilində sanki bir “səs” ona ailəsini öldürməyi əmr edib. Əlavə edib ki, valideynləri və bacısı onu heç vaxt ailənin bir parçası hesab etməyiblər.

“Onlara nifrət edirdim. Uşaqlar da böyüyəndə onlar kimi olacaqdı, ona görə öldürdüm”, – deyə qeyd edib.

Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə görə, Əhməd Əhmədovun paranoid sindromla müşayiət olunan kəskin psixotik hal diaqnozu ilə anlaqsız vəziyyətdə cinayət törətdiyi müəyyən olunub. Bu səbəblə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən məsuliyyətdən azad olunub və psixiatrik xəstəxanada məcburi müalicəyə göndərilib.

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

Hadisə
14 dekabr 2025 439 baxış
Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
13 dekabr 2025 439 baxış
Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Hadisə
13 dekabr 2025 439 baxış
İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

Hadisə
13 dekabr 2025 439 baxış
Hava limanında film kimi əməliyyat |  DGK-dan təcili məlumat - Baku TV

Hava limanında film kimi əməliyyat | DGK-dan təcili məlumat - Baku TV

Hadisə
13 dekabr 2025 439 baxış
Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV

Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV

Hadisə
13 dekabr 2025 439 baxış
Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV

Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV

Hadisə
13 dekabr 2025 439 baxış
“Partlayış oldu, evlərə...” | Sakinlər Yasamaldakı hadisədən nə danışdı? - Baku TV

“Partlayış oldu, evlərə...” | Sakinlər Yasamaldakı hadisədən nə danışdı? - Baku TV

Hadisə
13 dekabr 2025 439 baxış
Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
12 dekabr 2025 439 baxış
Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV

Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV

Hadisə
12 dekabr 2025 439 baxış
Seçilmişlər
icon