Pleyeri seçin:

Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

12 dekabr 2025 760 baxış

Gəncə Şəhər Məhkəməsində 2025-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul və buraxılış imtahanlarına xüsusi vasitələrdən istifadə edərək müdaxilə etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.

Gəncə Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərək onlara hüquq və vəzifələri izah olunub.

Təqsirləndirilən Kamran Əsədov onun haqqında yayıla biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsini istəyib. Vəsatət təmin olunmayıb və cinayət işi məhkəmə baxışına verilib. Növbəti proses dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İttihama görə, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Banner
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 760 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 760 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 760 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 760 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 760 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 760 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 760 baxış
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 760 baxış
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026 760 baxış
Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Hadisə
29 oktyabr 2026 760 baxış
Seçilmişlər
icon