Pleyeri seçin:

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

19 dekabr 2025 428 baxış

2025-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.

Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərə ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər – Gündüz Abbasov və Kamran Əsədov barəsində qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq aralarında bölməkdə əsaslı şübhələr müəyyən edilib.

Bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabıdan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər. Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylayıcı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər.

Daha sonra sinif otağına qayıdaraq imtahan başlayandan sonra üzərilərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Onu da qeyd edək ki, iş üzrə 14 şagirdin adı keçib.

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Hadisə
07 avqust 2026 428 baxış
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Hadisə
07 avqust 2026 428 baxış
Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Hadisə
07 avqust 2026 428 baxış
FHN “Torqovı”da yanğının baş verdiyi ərazidə | Anbaan görüntülər - Baku TV

FHN “Torqovı”da yanğının baş verdiyi ərazidə | Anbaan görüntülər - Baku TV

Hadisə
07 avqust 2026 428 baxış
"Torqovı"da baş verən güclü yanğın barədə FHN-dən açıqlama - Baku TV

"Torqovı"da baş verən güclü yanğın barədə FHN-dən açıqlama - Baku TV

Hadisə
07 avqust 2026 428 baxış
Tiktoker "Arzum"un növbəti məhkəməsi yekunlaşdı | Hansı qərar verildi? - Baku TV

Tiktoker "Arzum"un növbəti məhkəməsi yekunlaşdı | Hansı qərar verildi? - Baku TV

Hadisə
07 avqust 2026 428 baxış
Əşyalar belə çıxarılır | "Torqovı"da yanğının olduğu ərazidə son vəziyyət - Baku TV

Əşyalar belə çıxarılır | "Torqovı"da yanğının olduğu ərazidə son vəziyyət - Baku TV

Hadisə
07 avqust 2026 428 baxış
Paytaxtın mərkəzində baş verən yanğınla bağlı FHN -dən təcili məlumat - Baku TV CANLI

Paytaxtın mərkəzində baş verən yanğınla bağlı FHN -dən təcili məlumat - Baku TV CANLI

Hadisə
07 avqust 2026 428 baxış
Bakının mərkəzində qorxulu anlar yaşanır | Yanğının olduğu ərazidən bağlantı - Baku TV

Bakının mərkəzində qorxulu anlar yaşanır | Yanğının olduğu ərazidən bağlantı - Baku TV

Hadisə
07 avqust 2026 428 baxış
Tiktoker "Arzum" yenidən məhkəmədə | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

Tiktoker "Arzum" yenidən məhkəmədə | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

Hadisə
07 avqust 2026 428 baxış
Seçilmişlər
icon