Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi səbəbindən asfalt örtüyü dağılıb və yolun hərəkət hissəsi daralıb. Bu vəziyyət sürücülərin ərazidən keçidini çətinləşdirir.
Hazırda yolun asfalt qatında iri çatlar əmələ gəlib, torpaq sürüşməsi isə davam edir.
Təhlükəsizlik məqsədilə ərazinin bəzi hissələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən xəbərdaredici lentlər çəkilib və yol nişanları quraşdırılıb.
Sürücülər bildirirlər ki, yolun bəzi hissələrində isə heç bir xəbərdaredici nişan yoxdur. Onlar yalnız təhlükəli əraziyə yaxınlaşarkən lentləri gördüklərini və bunun əlavə risk yaratdığını deyirlər.
Qeyd edək ki, torpaq sürüşmələri əsasən Quba rayonunun Kunxırt və Xırt kəndləri ərazisində müşahidə olunur.
#Quba teqi istifadə olunub
- "Neçə dəfə qəza şəraiti yaranıb" | Qubada yoldakı yeni nişanlanma narazılıq doğurdu - Baku TV
- Qış vaxtından tez gəldi | Şimalın yüksək dağ kəndlərinə ilk qar yağdı - Baku TV
- Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
