"O da sakit oğlan idi, bu da" | Çayxana qarşısındakı mübahisə qanla bitdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə qətl hadisəsi törədilib. Hadisə oktyabrın 28-də axşam saatlarında rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 67 yaşlı Azad Mahmudov aldığı bıçaq xəsarətləri nəticəsində həyatını itirib. İlkin məlumata görə, onu öldürməkdə 53 yaşlı qonşusu Sadıx İsmayılov şübhəli bilinir.
Məlumata görə, onlar arasında bir neçə gün əvvəl qəsəbə ərazisində yerləşən çayxananın qarşısında mübahisə baş verib. Tərəflərin yenidən görüşərək mübahisəyə aydınlıq gətirmək niyyəti isə faciə ilə nəticələnib.
“İkisinin də evi yıxıldı, biri öldü, digəri də həbsxanaya düşdü. Hər ikisi sakit adam idi”, – mərhumun qohumu Fərhad Kamranlı söyləyib.
Hadisəni törətməkdə şübhəli bilinən 53 yaşlı S.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
#Şəmkir teqi istifadə olunub
- “Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV
- “Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV
- “Bir qram da yoxdur, su üzünə həsrətik” | Sakinlərin illərdir bitməyən problemi - Baku TV
- Mübahisəyə aydınlıq gətirmək istədi | Şəmkirdəki münaqişə necə böyüdü? - Baku TV CANLI
- "Dedi, get müavinin yanına" | Vətəndaşı qovan idarə rəisi niyə işdən çıxarıldı? - Baku TV
