"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
Salyan rayonunun Sarvan kəndində ailə faciəsi baş verib.
Belə ki, 28 yaşlı Pərvin İsmayılovun anasını, atasını və qardaşının həyat yoldaşını bıçaqladığı bildirilir. Hadisə nəticəsində ana aldığı xəsarətlərdən ölüb. Digər iki yaralı isə xəstəxanaya çatdırılıb.
Kənd sakinləri hadisə ilə bağlı Baku TV-yə danışıblar.
“Bütün kənddən soruşsanız, bir nəfər də olsun bu ailənin hər hansı bir nöqsanı, qüsuru olduğunu deyə bilməz. Uşaq da çox sakit idi. Hadisənin necə baş verdiyini bilmirik. Bütün kənd şokdadır”, – onlardan biri söyləyib.
Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb:
“Oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini, 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri – 1966-cı il təvəllüdlü Ağababa İsmayılova, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə, sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərvin İsmayılov Prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir”.
#Salyan teqi istifadə olunub
- Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- "Deməli, istədiyi sürətlə sürə bilər" | Bu yol niyə sakinlərin kabusuna çevrilib? - Baku TV
- Salyanda qandonduran qətl | Öldürülən şəxsin anası fəryad etdi - Baku TV CANLI
- “Biz gələndə meyit qanın içində idi” | Salyanda 4 uşaq atası güllələndi - Baku TV
