Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi detallar məlum olub.
“Oxu.Az”ın məlumatına görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib.
Bildirilib ki, onun məqsədi bir-biri arasında münaqişə baş verən tərəfləri barışdırmaq olub.
Digər məlumatda isə qeyd olunub ki, hadisə vaxtı Emil və Elnar adlı şəxslər Ceyhunla görüşə gəliblər. Ceyhungil tərəfdən 10-dan çox adam olub. Onlar arasında “Yeraz Elvin”, “Razin Xəyyam”, reabilitasiya mərkəzi işlədən Kamran və Həsən, eyni zamanda deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.
Tərəflər arasında mübahisə zamanı Emil və Elnar Ceyhunu vurublar. Hətta Emilin üstündən tapança da yerə düşüb. Emil və Elnar hadisə yerindən qaçıblar.
Bildirilib ki, hadisəni törədən hər iki şəxs axtarışdadır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Dəhşətli cinayətdə öldürülən Ceyhunun öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.
#Qətl hadisəsi teqi istifadə olunub
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV
- Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI
- Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI
- Həyat yoldaşını 23 bıçaqla öldürtdürən Əzizə Seyidovaya ağır cəza - Baku TV
